170Vt Jet Robot-tozsoran Bot+ Clean Station ilə Ağ

170Vt Jet Robot-tozsoran Bot+ Clean Station ilə Ağ

VR50T95735W/EV

Rəng seçin

Rəng :
  • Jet Bot AI+ with Intel AI technology uses AI Object Recognition to sense a sofa, cable, table, dog bowl, socks and TV on the floor in front of it to clean closely and effectively around them.
    Süni intellekt Jet AI vasitəsilə obyektlərin tanınması
  • JetBot AI+ docks with its Clean Station, which uses suction to automatically remove dust easily and more hygienically.
    Clean Station - Konteyneri təmizləmək üçün cihaz
  • Təmiz hava üçün əlavə filtrasiya
    Təkmilləşdirilmiş 5 qat filtrasiya sistemi
  • The black background turns into white as JetBot AI+ moves from left to right.
    Güclü Təmizləmə

Daha intellektual təmizlik üsulundan zövq alın

Əşyaların tanınması sayəsində intellektual təmizlik

Süni intellekt Jet AI vasitəsilə obyektlərin tanınması

Təmizlik təhlükəsiz və effektiv aparılır. Jet AI obyektlərin tanınması texnologiyası müxtəlif növ əşya və mebelin* yerini müəyyənləşdirməklə onları identifikasiya edir və çeşidləyir. Bundan sonra, Jet Bot kövrək əşyalarla öz arasında təhlükəsiz məsafə saxlamaqla və ya bütün təhlükəli yerlərdən yan keçməklə adi əşyalar ətrafında təmizlik işləri aparır**.

*Əşyalara nümunə: kondisioner (stasionar), soyuducu, televizor, paltaryuyan/paltarqurudan, hava təmizləyicisi, AirDresser, divan, çarpayı, kitab rəfi, masa, Bespoke, it ekskrementləri, elektirk naqili, dəsmal/corab, fincan, şüşə fincan, şüşə qab, kasa, güldan.
**Obyektin forması və ya ətrafdakı şərait əşyanın tanınmasına təsir edə bilər.

Kiçik maneələrə ilişmədən yan keçir.

3D Sensor

Əmin olun ki, eviniz yığışdırılıb, hər otaqda maneələrin mövcudluğunu yoxlamağa ehtiyac yoxdur. Jet Bot-un 3D-sensoru 3D-dərinlik kamerası ilə geniş sahəni dəqiq skan edir. O, hətta hündürlüyü 1 sm olan naqillər kimi dar və xırda əşyalar da daxil olmaqla, məkanın strukturunu və istənilən maneəni qeydə alır.**

* 1 мetrə qədər, Üfüqi görmə sahəsi: 60°, şaquli görmə sahəsi: 40°. ** Kiçik ölçülər: eni təxminən 1 sm, hündürlüyü 1 sm və dərinliyi 1 sm.

Dəqiq naviqasiya və effektiv təmizlik

LiDAR

Yerin dəqiq müəyyənləşdirilməsi və yolun optimallaşdırılması sayəsində evin daha effektiv və dərindən təmizlənməsi. LiDAR ötürücüsü məsafə haqda informasiya toplamaq üçün otağı* skan edətək Jet Bot-un yerini dəqiq müəyyən edir. Beləliklə də, o, yerini səmərəli şəkildə dəyişir və evinizdə** daha çox sahəni əhatə edir.

JetBot AI+’s LiDAR Sensor scans 360 degrees from left-to-right to learn the layout of a stylish living room before cleaning. JetBot AI+’s LiDAR Sensor scans 360 degrees from left-to-right to learn the layout of a stylish living room before cleaning.

* 6 metrlik sahəni saniyədə 10 dövrə ilə 360° skan edir. ** Real ev şəraitinə uyğun olaraq mebel ilə döşənmiş sahədə aparılan daxili testlərin nəticələrinə əsasən, adi Samsung VR7000M ilə müqayisədə.

Tozun asan və gigiyenik yığışdırılması

Clean Station - Konteyneri təmizləmək üçün cihaz

Toz qabının ayda 1-3 dəfə olmaqla rahat və gigiyenik şəkildə təmizlənməsindən zövq alın.* Təmizlik başa çatdıqdan sonra robot-tozsoran Clean Station stansiyasına qayıdır və "Air Pulse" funksiyası ilə tozdan təmizlənir.** Fitrasiyanın çoxqatlı sistemi xırda tozu 99.999% saxlayır.***.

JetBot AI+ docks with its Clean Station, which uses suction to automatically remove dust easily and more hygienically. JetBot AI+ docks with its Clean Station, which uses suction to automatically remove dust easily and more hygienically.

*Nəticələr real ev şəraitində tozun miqdarından asılı olaraq fərqlənə bilər. **Nəticələr fərdi istifadədən asılı olaraq dəyişə bilər. Barmaqlıqlarda ilişib qalmış toz və saç bir tsikl ərzində təmizlənməyə bilər. *** IEC62885-2 Cl. 5.11. standartına müvafiq olaraq, Max rejimdə aparılmış daxili testin nəticələrinə əsasən. Nəticələr real ev şəraitindən asılı olaraq fərqlənə bilər.

Təmiz hava üçün əlavə filtrasiya

Təkmilləşdirilmiş 5 qat filtrasiya sistemi

Təkmilləşdirilmiş 5 qat filtrasiya sistemi sayəsində havanın təmizliyini təmin edin. Hava daxil olan zaman tor barmaqlılqlı filtr iri tozu tutub saxlayır. Daha sonra Jet Cyclone, süngərli filtr və mikrofiltr tozu tutur, bunun ardınca prosesə incə təmizləmə filtri cəlb olunur. 0.5~4.2 mkm hissəciklər də daxil olmaqla, mikrotozun 99.99%*-ni tutub saxlayır.

JetBot AI+’s Advanced 5-layered filtration system is composed of a Metal Mesh Grille Filter, Jet Cyclone, Washable Sponge Filter, Washable Micro Filter and Fine Dust Filter to release clean air. JetBot AI+’s Advanced 5-layered filtration system is composed of a Metal Mesh Grille Filter, Jet Cyclone, Washable Sponge Filter, Washable Micro Filter and Fine Dust Filter to release clean air.

IEC62885-2 Cl. 5.11. standartına müvafiq olaraq, Max rejimdə aparılmış daxili testin nəticələrinə əsasən. Nəticələr real ev şəraitindən asılı olaraq fərqlənə bilər. *

Asan boşaldılan və tam yuyulan toz qabı

Tam yuyulan toz qabı

Toz qabının gigiyenik təmizliyini qoruyun və robot-tozsoranı asanlıqla boşaldın. Tutumu 0.2 L olan toz qabı, multisiklon sistemi də daxil olmaqla tam yuyulur. Bu da onu təmiz və gigiyenik saxlamağa imkan verir.

Güc sərf etmədən dərindən təmizlik

Güclü Təmizləmə

Rəqəmsal inverter mühərrik və multisiklon Jet Cyclone strukturu sayəsində eviniz sabit güclü sormanın köməyi ilə daha effektiv təmizlənir. Yüksək effektivliyə malik fırça xalçalı səthlər və bərk taxta növləri də daxil olmaqla istənilən növ döşəmələri, fırça liflərinin daha az dolaşmasını təmin etməklə təmizləməyə imkan verir.

Sabit sorma gücü ilə təmizləyir

Jet Cyclone

Yüksəkeffektiv konstruksiyaya və bir neçə siklona malik Jet Bot sayəsində daha təmiz havadan və sabit sorma gücündən zövq alın. Jet Cyclone birinci kamerada tor barmaqlıqlı fltri ilə iri tozu tutub saxlayır. Xırda tozu toplayan ikinci kamera 8 ayrı filtrdən ibarətdir və sorma gücündəki itikini azaltmağa kömək edir.

Sorma gücünün avtomatik idarə olunması

Gücə intellektual nəzarət

Bərk səthli döşəmələri və xalçaları dərindən təmizləyir. Gücə intellektual nəzarət sistemi olan Jet Bot* səthin növünü və tozun miqdarını müəyyən edir. Daha sonra dərindən təmizləmə üçün sorma gücünü avtomatik tənzimləyir. Gücə intellektual nəzarət sistemi sayəsində o, xalçaların daha dərindən təmizlənməsi üçün sorma gücünü artırır.

*Gücə intellektual nəzarət yalnız Smart rejimdə mövcuddur.

İstənilən səthdə effektiv təmizlik

Yüksək effektivliyə malik fırça

Təmiz xalçalar və bərk səthlər: təmizlik indi daha effektiv şəkildə aparılır və lliflər daha az dolaşır. Robot-tozsoranın yüksəkeffektiv fırçasının lifləri nazikdir və yumşaq parçadan, eləcə də antistatik gümüşdən hazırlanıb. Yüksəkeffektiv sorucular lifləri bir-birindən ayıraraq fırçanın ətrafında dolaşmağa qoymur.

Təmizlənəcək sahələni seçin

Select & Go

Select & Go funksiyası ilə təmizlənəcək zonaları seçməklə effektivliyi artırın və vaxta qənaət edin. Jet Bot ərazini tanıyır və otaqları ayrı-ayrılıqda, seçimə əsasən təmizləyə bilir, evinizin cəld və effektiv təmizlənməsini təmin edir.

Girişin qadağan olunduğu zonalar təyin edin.

Qadağan olunmuş zonalar

Bahalı mebel, müəyyən otaqlar və ya seçdiyiniz istənilən digər yerlərdən yan keçin. SmartThings App* tətbiqinin köməyi ilə siz evininizin xəritəsində konkret yerləri qeyd etməklə "qadağan olunmuş ərazilər" və virtual baryerlər yarada bilərsiniz. Bu funksiya fiziki manelərə ehtiyac qoymadan robot-tozsoranın həmin ərazilərə girməsinə imkan vermir. .

*Android və iOS cihazlarında əlçatandır. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.

*Android və iOS cihazlarında əlçatandır. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.

Smartfon vasitəsilə rahat distant idarə

Modernləşdirilmiş Wi-Fi nəzarəti

Wi-Fi vasitəsilə Jet Bot tozsoranını istənilən vaxtda və istənilən yerdən idarə edin və ya onu nəzarətdə saxlayın. SmartThings App* tətbiqinin köməyi ilə siz seçilmiş otaqların təmizliyini məsafədən planlaya və ya qadağan olunmuş zonalar təyin edə bilərsiniz. Jet Live funksiyası vasitəsilə siz real zamanda təmizlik prosesini izləyə, ev heyvanlarınıza və ya evə nəzarət edə bilərsiniz.

*Android və iOS cihazlarında mövcuddur. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.

Evə və ev heyvanlarına məsafədən nəzarət imkanı

Jet Live

Harada olursunuzsa olun, ev heyvanlarınızı nəzarətdə saxlayın. Jet Bot-un ön kamerası SmartThings App tətbiqinin köməyi ilə real zamanda videogörüntü yayımını təmin edə bilir. Patrul rejimi vasitəsilə də siz evinizin vəziyyətini izləyə bilərsiniz. Kamera E2EE** dəstəkləyir, buna görə də video etibarlı şəkildə şifrələnir və ona yalnız səlahiyyətli istifadəçi baxa bilir.

*Android və iOS cihazlarında mövcuddur. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur. **End to End şifrələnmə

Real zaman rejimində təmzilik prosesinin izlənməsi

Live Cleaning Report

SmartThings App* tətbiqi ilə Jet Bot-un işini və vəziyyətini real zaman rejimində yoxlayın. Harada olursunuzsa olun, Live Cleaning Report funksiyası ilə siz robotun evinizin xəritəsindəki hərəkətinə cəld baxa bilərsiniz. Haranın təmizləndiyini görə, onu saxlaya və ya dayanmaq əmrini verə bilərsiniz. Bundan başqa, təmizlik tarixçəsini də nəzərdən keçirmək mümkündür.

* *Android və iOS cihazlarında mövcuddur. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.

* *Android və iOS cihazlarında mövcuddur. Wi-Fi qoşulması və Samsung hesabı tələb olunur.

Sadəcə danışın və Jet Bot hərəkət edəcək

Səsin tanınması*

Evinizi yalnız səsinizlə təmizləyin! Siz təmizləməyə başlaya və dayandıra, robotun yerini təyin edə, növbəti təmizləmə seansını planlaşdıra və s. edə bilərsiniz** Samsung Bixby istifadəsi***, Amazon Alexa**** və ya Google Assistant*****. Jet Bot wi-fi şəbəkəsinə qoşulduqca, siz robota nə etmək istədiyinizi deyə bilərsiniz.

Xidmətin mövcudluğu regiona görə dəyişə bilər.** Bixby əmrlərinə Planlaşdırma, Köçürmə, Doldurma, Təmizləmə rejiminin dəyişdirilməsi, Robotun statusunun yoxlanılması və Robotun yerini tapması daxildir*** Bixby yalnız İngilis (Böyük Britaniya), İngilis (ABŞ), Fransız (Fransa), Alman (Almaniya), İtalyan (İtaliya), Koreya (Cənubi Koreya), Mandarin Çini (Çin), İspan (İspaniya) və Portuqal (Braziliya) dillərinin müəyyən vurğularını və dialektlərini tanıyır. Bixby seçilmiş Samsung smartfonlarında mövcuddur. Jet Bot SmartThings ilə qeydiyyatdan keçməlidir. **** Amazon, Alexa və bütün əlaqəli loqolar amazon.com, Inc. və ya onun filiallarının ticarət nişanlarıdır***** Google və əlaqəli nişanlar və loqolar Google MMC-nin ticarət nişanlarıdır.

Ev heyvanlarınıza istədiyiniz zaman, hər yerdən baxın

SmartThings Pet Service

İstənilən vaxt, hər yerdə ev heyvanlarınıza qulluq edin. SmartThings Pet Service* Jet Bot AI+-ın ön kamerasından canlı yayımı yayımlaya bilər. O, ev heyvanının hərəkətini aşkar edir**, beləliklə onların təhlükəsiz və xoşbəxt olduğunu görə bilərsiniz. O, həmçinin ev heyvanlarınızı rahat və ya əyləndirmək üçün musiqi oxuya və digər ağıllı cihazlara daxil ola bilər***.

* Android və iOS cihazlarında mövcuddur. Wi-Fi bağlantısı və Samsung hesabı tələb olunur.** Ev heyvanınızı tanımaq imkanı ev heyvanının növündən və yaşayış mühitindən asılı olaraq dəyişə bilər.*** Hər bir cihaz SmartThings Tətbiqi tərəfindən ev heyvanları üçün optimallaşdırılacaq şəkildə qurulmalıdır. .

Qutuda nə var

Xüsusiyyətlər

  • Maks. enerji istehlakı 170 Vt
  • Toz torbasının tutumu 0.2 L
  • Ölçülər (ExHxD) 305x136.5x320 mm
  • Çəki 4.4 kq

Dəstək

Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.

Məhsul dəstəyi Daha çox göstər

{{family.currentModel.displayName}}

{{family.currentModel.modelCode}}

Rəng : {{chip.displayName}}
{{model.prices.currentPriceDisplay}}
Aylıq {{model.prices.monthlyPrice}} - dan . Aya {{model.prices.months}}
və ya {{model.prices.currentPriceDisplay}}
Price without VAT: {{model.prices.vatFreePriceFormatted}}

Price with discount: {{model.prices.currentPriceDisplay}}

Price before: {{model.prices.priceDisplay}}

{{model.prices.priceDisplay}} {{model.prices.savePrice}}
  • {{summary.title}}

    {{summary.value}}{{summary.unit}}

  • {{summary.title}}

Modelləri müqayisə et

Oxşar məhsullarla müqayisə et

SON BAXILANLAR

Əsas funksiya əsas xüsusiyyətdən fərqlənə bilər.