HDMI kabeli vasitəsilə qəbuledicini Samsung televizoruna necə qoşmaq olar
Son yeniləmə tarixi : 31-05-2024
HDMI kabeli vasitəsilə Siz qəbuledicini Samsung televizoruna qoşa bilərsiniz. Bunun necə edildiyini öyrənmək üçün aşağıdakı məqalə ilə tanış olun.
1
Televizor və qəbuledicini söndürün, sonra isə HDMI kabelini qoşun.
- Televizorunuzda STB kimi işarələnmiş HDMI yuvası varsa, HDMI kabelini ona qoşun.
- Televizorunuzda STB HDMI yuvası yoxdursa, kabeli digər HDMI yuvasına qoşa bilərsiniz.
- Sizdə Samsung One Connect varsa, o zaman kabeli modulun arxa tərəfində yerləşən HDMI yuvalarından birinə qoşa bilərsiniz.
2
Hər iki cihazı işə salın.
3
Televizorunuzda siqnal mənbəyi kimi HDMI seçin.
- C, B seriyalarına aid televizorlarda (2023-2022) mənbənin necə seçiləcəyini öyrənmək:
Pult vasitəsilə Home düyməsinə vurun və "Menyu" seçin. Mənbə kimi HDMI seçin - "Qoşulmuş Cihazlar" üzərinə vurun və "HDMI" seçin.
- A, T, R, N, M, K seriyalarına aid televizorlarda (2021-2016) mənbənin necə seçiləcəyini öyrənmək:
İdarəetmə pultu vasitəsilə "Home" düyməsinə vurun və "Mənbə" sonra isə "HDMI" seçin.
- J, H, F seriyalarına aid televizorlarda (2015-2013) mənbənin necə seçiləcəyini öyrənmək:
İdarəetmə pultu vasitəsilə "Source" düyməsinə vurun və "HDMI" seçin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.