Samsung Galaxy cihazınızda şarj etmə məlumatlarının göstərilməsini necə təyin etmək olar
Sürətli şarj artıq adi hala çevrildiyi üçün biz də şarj məlumatlarının göstərilmə üsulunu dəyişdirdik. Bu məlumat daha sadə formatda görünür, sürətli şarj bildirişi aradan qaldırılır və şarj göstəricisi adapterə qoşulduqdan bir neçə saniyə sonra gizlənir. Şarj göstəricisinin ekran görünüşünü fərdiləşdirmək üçün aşağıdakı addımları izləyin.
Qeyd: Bu funksiyanı aktivləşdirmək üçün təlimatlar cihazınızın modelindən və proqram təminatı versiyasından asılı olaraq dəyişə bilər.
Bu seçimi aktivləşdirmək Galaxy cihazınızın batareya səviyyəsini və tam şarj üçün təxmin edilən vaxtı kilid ekranında göstərəcək.
* Bu məlumat tam şarj olunduqdan sonra yalnız 5 dəqiqə ərzində görünür.
"Always On Display" funksiyasını yandırsanız, hətta cihazınız tam doldurulduqdan sonra da şarj məlumatı saat məlumatı ilə birlikdə göstərilir.
Şarj cihazını qoşduqda şarj sürəti bildirişi bir neçə saniyə görsənə bilər, sonra yenilənə və ya yoxa çıxa bilər. Şarj sürəti şarj vəziyyətinə əsasən davamlı olaraq dəyişdiyindən ilk əvvəl sizə yanlış məlumat verə bilər.
* Aşağıda normal bir şarj cihazı qoşulmuş halda bir nümunə göstərilir. Galaxy cihazınızda göstərilən şarj məlumatları şarj edilmə mühitinə əsasən dəyişə bilər.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.