Samsung Galaxy-nin əsas ekranına tətbiqi necə əlavə etməli

Son yeniləmə tarixi : 06-09-2024

Siz ən sevdiyiniz tətbiqlərinizi və vidcetlərinizi əsas ekrana əlavə edə bilərsiniz. Bu, sizin telefonunuzu daha yaxşı təşkil olunmuş və naviqasiya üçün daha rahat vəziyyətə gətirəcək. Tətbiqləri Samsung Galaxy-nin əsas ekranında necə əlavə edilməli və yerləşdirilməli olduğu barədə aşağıda oxuya bilərsiniz.

Samsung Galaxy-də əsas ekran və bütün tətbiqlərin əks etdirildiyi ekran (menyu) var. Bütün tətbiqlərin əks etdirildiyi ekran, barmaqlarınızı smartfonun ekranının aşağısından yuxarısına doğru çəkdiyiniz zaman açılır.

Telefona quraşdırdığınız bütün yeni tətbiqlər bu menyuya düşür. Hər hansı bir tətbiqi əsas ekrana keçirmək istədiyiniz zaman aşağıdakı təlimat sizə bu işdə kömək edəcək.

Qeyd:

Növbəti hərəkətləri həyata keçirməzdən öncə, cihazınızın proqram təminatının (PT) və müvafiq tətbiqlərin son versiyaya qədər yenilənib-yenilənmədiyini yoxlayın: Tənzimləmələr > PT yeniləmələri > Endirmə və quraşdırma menyusuna daxil olun > Ekranda çıxan göstərişlərə riayət edin.

Tətbiqi əsas ekrana necə əlavə etmək olar

Barmağınızı ekranın aşağısından yuxarısına doğru çəkin Barmağınızı ekranın aşağısından yuxarısına doğru çəkin

Addım 1. Barmağınızı ekranın aşağısından yuxarısına doğru çəkin, bütün tətbiqlərin əks etdirildiyi ekran açılacaq.

Tətbiqlər işarəsinə basıb saxlayın Tətbiqlər işarəsinə basıb saxlayın

Addım 2. Siyahıda lazımı tətbiqi axtarıb tapın, onun ikonuna basıb saxlayın.

"Əsas ekrana əlavə et&quot düyməsinə basın; "Əsas ekrana əlavə et&quot düyməsinə basın;

Addım 3. Çıxan menyuda Əsas ekrana əlavə et düyməsinə basın.

İş masasında tətbiqin ikonu İş masasında tətbiqin ikonu

Addım 4. Tətbiqin ikonu iş masasında çıxacaq.

Əsas ekranda tətbiqin yerini necə dəyişmək olar

Tətbiqlər işarəsinə basıb saxlayın Tətbiqlər işarəsinə basıb saxlayın

Addım 1. Yerini dəyişmək istədiyiniz tətbiqin ikonunun üzərinə basıb saxlayın.

Tətbiq ikonunun yanında menyu Tətbiq ikonunun yanında menyu

Addım 2. Menyu çıxana qədər gözləyin. Daha sonra tətbiqin ikonunun yerini dəyişə bilərsiniz.

İkonun yerini dəyişin İkonun yerini dəyişin

Addım 3. İkonu lazım olan yerə yerləşdirin.
Tətbiqi əsas ekranın başqa səhifəsinə keçirmək üçün tətbiqi ekranın lap kənarına yaxınlaşdırın. Digər səhifə qarşınıza çıxacaq.

İş masasında tətbiqin ikonu İş masasında tətbiqin ikonu

Addım 4. Tətbiqin ikonunu buraxın –– indi həmin tətbiq iş masasında yeni yerdə yerləşmiş olacaq.

Əsas ekranda necə qovluq yaratmaq olar

İş masanızda çoxlu

  • sayda tətbiqlər varsa,
  • eyni tipli (məsələn, müxtəlif sosial şəbəkələr) tətbiqlər varsa,
  • siz mahiyyətcə bir-biri ilə əlaqəli olan bir neçə tətbiqi (məsələn, iş üçün tətbiqləri)

müvafiq qovluqlara birləşdirib qruplara bölə bilərsiniz.

Tətbiqlər işarəsinə basıb saxlayın Tətbiqlər işarəsinə basıb saxlayın

Addım 1. Qovluğa yerləşdirmək istədiyiniz ikonu basıb saxlayın.

İkonu digər ikonun üzərinə gətirin İkonu digər ikonun üzərinə gətirin

Addım 2. Menyu çıxana qədər gözləyin. Daha sonra ikonu eyni qovluqda yerləşdiriləcək tətbiqin ikonu üzərinə gətirin.

Qovluğa bir ad qoyun Qovluğa bir ad qoyun

Addım 3. İndi tətbiqlərin ikonları qovluğun içindədir. Həmin qovluğa bir ad qoyun və, onu tətbiq etmək üçün, OK düyməsinə basın.

İş masasında qovluğun ikonu İş masasında qovluğun ikonu

Addım 4. Əsas ekranda tətbiqlərin ikonlarının göstərildiyi qovluq çıxacaq. Həmin qovluğa başqa tətbiqlər də əlavə etmək üçün onların ikonlarını qovluq ikonunun üzərinə gətirin.

Tətbiqi əsas ekrandan necə silmək olar

Tətbiqlər işarəsinə basıb saxlayın Tətbiqlər işarəsinə basıb saxlayın

Addım 1. İş masasından silmək istədiyiniz tətbiqin ikonuna basıb saxlayın.

Menyuda "Sil" düyməsinə basın Menyuda "Sil" düyməsinə basın

Addım 2. Menyu çıxana qədər gözləyin. Sil düyməsinə basın.

İkon iş masasından silindi İkon iş masasından silindi

Addım 3. Tətbiq əsas ekrandan silinəcək, lakin bütün tətbiqlərin əks etdirildiyi menyuda qalacaq.

Qeyd:

Tətbiqlər ekranında hər hansı bir tətbiqi gizlətdiyiniz halda, onu əsas ekrana keçirmək mümkün olmayacaq.
Tətbiqləri gizlətmək və üzə çıxarmaq üçün tənzimləmələrdən istifadə edə bilərsiniz: TənzimləmələrƏsas ekranTətbiqləri gizlət.

Əsas ekranda ikonları necə təsbit etmək olar


Tətbiq işarələri və ya vidjetlərin yerinin dəyişməməsi üçün Əsas ekranın görünüşü bloklaşdırıla bilər. Bu, onların təsadüfən silinməsinin və sadəcə yerinin dəyişməsinin qarşısını alacaq. 

Ekranın boş sahəsinə basın Ekranın boş sahəsinə basın

Addım 1. Əsas ekranın boş bir sahəsinə basıb saxlayın.

"Tənzimləmələr"-un üzərinə basın "Tənzimləmələr"-un üzərinə basın

Addım 2. Çıxan menyuda Tənzimləmələr düyməsinə basın.

Aktiv düymə "Əsas ekranın kilidlənməsi" Aktiv düymə "Əsas ekranın kilidlənməsi"

Addım 3. Əsas ekranın kilidlənməsi bölməsini aktivləşdirin — düyməni sağ tərəfə doğru hərəkət etdirin.

Kilidlənmə haqqında bildiriş Kilidlənmə haqqında bildiriş

Addım 4. İkonların yerini dəyişməyə çalışdığınız zaman əsas ekranın kilidləndiyi barədə bildiriş çıxacaq.

Qeyd:

Skrinşotlar və cihazın menyusu, cihazın modelindən və proqram təminatının versiyasından asılı olaraq, dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!