Samsung Galaxy smartfonunda ovucla necə skrinşot etmək olar
Samsung Galaxy-də bir neçə üsulla skrinşot etmək mümkündür. Bu üsullardan biri ovuc hərəkəti ilə ekranın şəklinin çəkilməsidir.
Bu funksiyanın hansı cihazlarda dəstəkləndiyi və ondan necə istifadə edilməli olduğu barədə məlumatı aşağıdakı məqalədə əldə edə bilərsiniz.
Hansı smartfonlarda ovula skrinşot etmək olar
Funksiya əksər Samsung Galaxy cihazlarında işləyir, lakin əvvəlki sinif modellərdə, məsələn, Galaxy А23-də mövcud olmaya da bilər. Konkret model üzrə məlumatları aşağıdakı mənbələrdən əldə edə bilərsiniz istifadəçi rəhbərliyində, «Ekran şəkli» bölməsində (aşağıda Galaxy A52 və Galaxy A23 üçün misallar göstərilib).
Sizin cihazınız ovucla ekran şəkli funksiyasını dəstəkləmirsə, skrinşotu düymələrin köməyi ilə çəkə bilərsiniz.
Ovucla ekran şəkli funksiyasını necə aktiv etmək olar
Smartfonların əksəriyyətində funksiya susmaya görə aktivdir. Sizin cihazınızda funksiyanın aktiv olub- olmadığını yoxlamaq üçün, cihazınızdakı Android versiyasına baxın və aşağıdakı göstərişlərdən istifadə edin.
Ovucla necə skrinşot etmək olar
Ovucunuzun kənarını ekranın solundan sağına və ya sağından soluna sürüşdürün. Ovuc ekrana toxunmalıdır.
Skrinşotun çəkildiyini necə öyrənmək olar
Ekranın yuxarı sol küncündə xüsusi işarə çıxacaq —
Skrinşotları harada tapmaq olar
Çəkdiyiniz skrinşotlara Qalereya və ya Mənim fayllarım tətbiqində baxa bilərsiniz. Onları Pictures/Screenshots və ya Pictures/ScreenCapture qovluğunda da tapa bilərsiniz.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.