Samsung paltaryuyan maşınında təxirə salınmış yumanı necə tənzimləməli
Samsung paltaryuyan maşınında siz onun bitməsi üçün istənilən vaxtı seçib təxirə salınmış yumanı tənzimləyə bilərsiniz. Ekranda maşının nə vaxt başlayacağı vaxt deyil, yumanı neçə saat sonra bitirəcəyi əks olunur. Təxirə salınmış yumanı tənzimləyə biləcəyiniz maksimal vaxt - 19 saatdır. Bəzi modellərdə (qurutmalı maşınlarda) təxirə salınma vaxtı 24 saata qədər verilə bilər.
Məsələn, əgər siz 2 saat davam edən "Pambıq" rejimini seçsəniz və təxirə salmanı 3 saata qoysanız - yuma bir saatdan sonra başlayacaq.
Təxirə salınmış yumanı necə tənzimləməli
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.