Samsung paltaryuyan maşınında H1, H2, HE, HE1, HE2, HC, HC1, HC2, E5, E6 xətaları
Nə baş verib
40°C və ya daha yüksək yuma temperaturu seçərkən xəta görünür. Əgər daha aşağı temperatur seçilirsə, xəta görünmür.
Paltaryuyan maşının displeyində "H1", "H2", "HE", "HE1", "HE2", "HC", "HC1", "HC2", "E5" və ya "E6" xətası haqda mesaj yazılıb.
Qeyd:
Sadalanan xətaları "2H", "3H" və ya "4H" indikasiyası ilə qarışdırmayın — bu yumanın başa çatmasına qədər olan vaxtdır.
Bu haqda "Samsung paltaryuyan maşınının displeyində 2H, 3H və ya 4H mesaj" məqaləsində daha ətraflı oxuyun.
Displeysiz modellərdə bütün yuma rejimlərinin indikatorları + aşağı və yuxarıdan ikinci temperatur indikatoru
və ya bütün yuma rejimlərinin indikatorları və temperaturun iki mərkəzi indikatoru yanır
Xəta niyə yaranıb
Bir neçə səbəb ola bilər:
- Elektrik şəbəkəsinin qeyri-sabit gərginliyi;
- Maşın elektrik şəbəkəsinə səhv qoşulub;
- Yuma qızdırıcısı (BEQ) işləmir;
- Qurutma qızdırıcısı (BEQ) işləmir;
Nə etmək olar
- Əgər xəta görünmürsə, hər şey qaydasındadır. Paltaryuyan maşından istifadə etməyə davam edə bilərsiniz. Çox güman ki, xəta elektrik şəbəkəsindəki qeyri-sabit gərginlik səbəbindən meydana çıxmışdı.
- Əgər xəta yenə görünürsə, texnikanın işinin diaqnostika edilməsi və təmiri üçün yaxınlıqdakı səlahiyyətli xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.