FOTOQRAFİYA
Telefonunuzla
Möhtəşəm Alatoranlıq
Şəkilləri çəkin.
Qızıl saatlar haqqında eşitmisiniz. İndi isə alatoranlıq fotoqrafiyasının sirlərini öyrənin.
Əgər "Qızıl saat" məktəbin ən populyar övladıdırsa, "alatoranlıq" onun incəsənətdəki gözəl yaxınıdır. Bu, günəş doğmazdan həmən əvvəl və ya qürubdan dərhal sonra səmanın tünd mavi çalarlara büründüyü kiçik zamanın parçasıdır və bu çalar fotolara bənzərsiz sakit, əsrarəngiz bir atmosfer verir. Onu şəkillərdə necə tutub həkk edəcəyiniz bilmək istəyrisiniz? Səyahət və layf-stayl fotoqrafı Karl Şakur(@karl_shakur). "Alatoranlıq saatları mənim üçün çox sirlidir" deyə o bildirir. "Bu zaman rənglər daha zəngindir və kompozisiyalar daha çox kinematoqrafik ola bilər." Bu Master It epizodunda Karl sizi Galaxy S22 Ultra və onun zəif işıq üçün qurulmuş Nightography kamera xüsusiyyətləri ilə birlikdə London sahilləri boyunca apardığı fotosessiyaya dəvət edir. Onun təlimatına baxın, sonra öz şəkillərinizi necə ustalıqla çəkəcəyiniz barədə məsləhətlər üçün oxuyun.
Telefonunuzla Möhtəşəm Alatoran Şəkilləri çəkin. / @karl_shakur
(Çox) qısa bir çəkiliş üçün əvvəlcədən planlaşdırın
Alatoran "saatlar" həqiqətən də olduğunuz məkandan asılı olaraq cəmi 20-30 dəqiqə davam edir, ona görə də siz ondan maksimum yararlanmaq istəyəcəksiniz. Əraziniz üçün alatoranlıq saatlar vaxtına baxın. Ətraflı çəkiliş siyahısını tərtib edin. Telefonunuzun kamera parametrlərini kilidləyin və avadanlıqlarınızı hazır edin. (Bu çəkiliş üçün Karl-ın avadanlıqları: Galaxy S22 Ultra, LED işıq paneli, ştativ və prizma.) Və bəlkə də ən əsası, əla bir məkan kəşf edin - gözəl mavi fonda qabarıq şəkildə önə çıxan, diqqətçəkici gözəl bir yer.
Kadrlarınızı sabit saxlayın
Günün bu vaxtı olduqca qaranlıqdır deyə siz İSO-nu aşağı salmalı olacaqsınız, bu isə kameranın titrəməsi və bulanıqlıq riskinin artması deməkdir. Fotoşəklinizi sabit saxlamaq üçün ştativ vacib olacaq. Əl titrəməsinin ən kiçik şansını aradan qaldırmaq üçün siz həmçinin Galaxy S22 Ultra-nın daxili S Pen-dən uzaqdan idarəetmə kimi istifadə edə və sadəcə qələm düyməsini klikləməklə fotoşəkillər çəkə bilərsiniz.
Zəif işıqdan necə
istifadə edəcəyinizi bilin
Möhtəşəm alatoranlq fotoşəkilləri tez-tez soyuq mavi fon və qəribə ön plan detalı ilə kontrast təşkil edir. Belə qaranlıq şəraitdə isə həmin obyekt işıq mənbəyi ilə bir qədər aydınlandırılmalıdır. Küçə fənərləri, maşın faraları və ya bina işıqları belə məqamda effektiv olur, ağ, sarı və qırmızı işıqlar isə mavi ilə gözəl kontrast yaradır. Karl, modelini qaranlıqda incə şəkildə ön plana çıxarmaq üçün LED işıq panelindən istifadə edir. Ancaq diqqətli olun ki, şəklinizi həddən artıq işılıq etməyəsiniz və maviliyi itirməyəsiniz. Obyektinizi görünən etmək üçün kifayət qədər parlaqlıqdan istifadə edin və işığa daha çox nəzarət etmək üçün manual (əl) rejimində çəkin.
Onunla xoş əyləncələr
Çəkilişlər siyahısındakı bütün şəkilləri çəkdikdən sonra bir az təcrübə aparın. Karl parlaq, güzgülü şüşə effekti əldə etmək üçün Galaxy S22 Ultra kamera obyektivinin üzərinə prizma qoydu. Siz həmçinin işıla boyama , edə və ya hətta çəkə bilərsiniz.
- ¹Şəkil Galaxy S22 Ultra ilə çəkilib, sonra fotoqraf tərəfindən redaktə olunub. Nəticələr faktiki çəkiliş mühitinə görə dəyişə bilər.
- ²Expert RAW tətbiqi hazırda Galaxy S22 Ultra, S22+, S22, S21 Ultra və Z Fold3 tərəfindən dəstəklənir və Galaxy Store-da mövcuddur.