Galaxy S9 smartfonu ilə çəkilib
Qızıl saat - ətrafdakı hər şeyin zərif qızılı çalara boyandığı və heç bir effekt və sazlama olmadan sehrli şəkillərin alındığı günün çıxması və ya batmasından bir qədər sonrakı vaxtdır. Qızıl kadr üçün planetin sevdiyiniz guşəsinə yollanın və abunəçilərin sevgisini qazanın!
Galaxy S8 smartfonu ilə çəkilib Galaxy S8
Zaman seçimi önəmlidir
Qızıl saat anidən gəlir və 60 dəqiqədən daha az davam edir - odur ki, onunla görüşə əvvəlcədən yollanın. Çəkiliş nöqtəsinin seçilməsi və fotosessiyanın planlaşdırılmasına vaxtınız gedəcək. Nə qədər yaxşı hazırlaşsanız, bir o qədər yaxşıdır, çünki qızıl saatda hər dəqiqə qiymətlidir. Bunun müqabilində möhtəşəm nəticə əldə edəcəksiniz!
Galaxy S9 smartfonu ilə çəkilib
Kəmiyyət = keyfiyyət
Qızıl saatda, vaxt sürətlə keçir və işıqlandırma hər saniyə dəyişə bilir. Fasiləsiz olaraq çəksəniz, şəkillərin arasından ən yaxşı işıqlandırmaya sahib olan seçiləcək. Seriyalı çəkiliş rejimini aktiv edərək daha çox variant və rakurs çəkə bilərsiniz!
Bir az kölgə oyunu
Fotoçəkiliş peşəkarları qızıl saatı yalnız xüsusi koloritinə görə dəyərləndirmir. Uzun kölgələr və romantik duman şəklə vizual dinamika və həcm bəxş edir, zərif işıq isə hətta günəş fonunda da şəkil çəkməyə imkan verir. Həm mənzərə, həm portret şəkilləri bu sehrli vaxtda eyni dərəcədə yaxşı alınır. Fərqli rakursları sınamağa və kölgələrin oyununu çəkməyə çalışın!
Galaxy S7 Edge smartfonu ilə çəkilib
Hansı daha yaxşıdır?
Emal etmək yoxsa etməmək? Çoxları hesab edir ki, vizual emal kadrı ilkin orijinallığı və təbiiliyindən məhrum edir. Filtrlərdən istər istifadə edin, istər etməyin. Unutmayın ki, smartfonunuz hazır vizual effektlər xəzinəsidir.
Bəlkə, bu, sosial şəbəkədə səsvermə etmək üçün yaxşı səbəbdir? Eyni şəklin iki variantını paylaşın və izləyicilərin reaksiyasını izləyin!