FOTOÇƏKİLİŞ

İşıq ilə rəsm vasitəsilə
təbiəti vurğulayın

Uzun ekspozisiyalardan və işıq cığırlarıyla
fotoçəkilişdən istifadə etməklə, telefon fənərini
boya fırçasına çevirə bilərsiniz.

Şəfəq fonunda göyə yüksələn Simurq quşunun işıqlı rəsm vasitəsilə şəkilini çəkən bur nəfər. Bu işin ustası olun! Yaradıcılıq dərsləri. Şəfəq fonunda göyə yüksələn Simurq quşunun işıqlı rəsm vasitəsilə şəkilini çəkən bur nəfər. Bu işin ustası olun! Yaradıcılıq dərsləri.

Hər bir təmiz ekologiya dəstəkləyənin amalı “arxada heç bir iz buraxmamaqdır”. Buna görə də işıq ilə rəsm təbiətdə öz sənətkarlığını nümayiş etdirmək üçün çox gözəl bir yoldur. İşıq ilə rəsm sizə ətrafınızdakı gözəllikləri araşdırmaq üçün sizə mükəmməl səbəblər verir. Bu zaman ətraf mühitdə cibinizdə olan smartfondan başqa heç bir iz qoymur. Siz arxada heç bir qalıcı iz qoymadan Ana Təbiətdə qraffitiyə bənzər işıqlı cizgilər çəkə bilərsiniz.

Biz işıq ilə rəsm vasitəsilə şəkil çəkməyi öyrətməsi üçün peşəkar işıq fotoqrafı Darren Pirson (@dariustwin) ilə əməkdaşlıq etdik. Doğma Kaliforniyanın çimərliklərindən, meşələrindən, düzənliklərindən və səhralarından ilhamlanan Pirson Samsung Galaxy S22 Ultra Nightography-dən istifadə edərək təbiət elementlərini simvolizə edən heyvanların işıqlı cizgilərlə fotoşəkillərini yaratdı: alov-Simurq, okean-deflin, külək-çita, meşə-maral.

İsraf etməyin, istəməyin
Ümumdünya Ətraf Mühit Gününü köhnə cihazın təkrar emalı ilə qeyd etməkdən daha yaxşı nə ola bilər?

Hər kəs işıq ilə çəkim rəssamı ola bilər

İşıq ilə rəsm çəkilişi fotoqrafiya qədər qədimdir. Pirson özü 1949-cu ildə Pablo Pikassonun işıqla qaranlığın sərhədində təsvir etdiyi kentavr şəklini gördükdən sonra işıq ilə rəsmləri çəkməyə həvəslənib. Pirson izah edir: ""İşıq ilə rəsmləri çəkmək üçün sizə lazım olan tək şey qaranlıqda ştativ üzərində qurulmuş kamera və daha sonra çəkiliş düyməsi aktiv olan işığı obyektiv qarşısında hərəkət etdirməkdir"". Çəkiliş zamanı tünd rəngli paltar geyinin və bu zaman siz uzun ekspozisyalı çəkilişdə praktiki olaraq yox olacaqsınız.

İşıq ilə rəsmləri çəkmək üçün sizə kameranın çəkim sürətini, fokusunu və ISO (və ya işığa həssaslığını) əl ilə tənzimləməyə imkan verən kamera və ya smartfon lazımdır. Siz hətta köhnə smartfonun fənərini öz ""boya fırçanız"" kimi işlədə bilərsiniz. Ancaq Pirson özü rəngli LED-lərə üstünlük verir. ""Ən vacibi odur ki, sizin işıq alətləriniz istifadədə rahat olsun"" deyə o, bildirir.

Rəsminizi planlayın

İşıq ilə rəsmlər 30 saniyədən az vaxt ərzində aparılmalı olduğundan dizaynınızı mümkün qədər sadələşdirmək çox vacibdir. Çəkimlərinizi məşq edin ki, çəkiliş vaxtı çatdıqda onu qüsursuz şəkildə təkrarlamaq üçün əzələ yaddaşını inkişaf etdirəsiniz. Bunun üçün Pirson Notes proqramında S Pen-in istifadəsilə məşq edib.

Dizayn tamamlandıqdan sonra düzgün fonu tapmağın vaxtıdır. İşıqlı rəsmlər üçün ən yaxşı mühitlər ətraf işığı çox olmayan daha uzaq mühitlərdir. Hava şəraitini də nəzərə almaq vacibdir. Əlverişsiz havada və ya küləkli şəraitdə çəkilişdən çəkinin, çünki külək ştativinizi yerindən tərpədərək çəkilişinizi poza bilər.

4

Hər şey tənzimləmələrdədir

Pirson deyir: ""Mükəmməl ideya olmadan gözəl bir fotoşəkil çəkmək mümkün deyil və eyni zamanda, düzgün ekspozisiya parametrləri olmadan da gözəl bir fotoşəkil çəkmək imkansızdır"". Beləliklə, ideyanız, fonunuz və ştativdə smartfonunuz varsa, bundan sonra Kamera tətbiqini açmaq və Pro rejimi tətbiqinə keçməyin vaxtıdır.

Ətrafınızdakı işığın miqdarından asılı olaraq, Pirson ilk işıqlı şəkiliniz üçün ISO-nu 400 ilə 800 arasında əl ilə təyin etməyi tövsiyə edir. İndi fokusunuzu əl ilə təyin edin: Pirson deyir ki, 0.8 adətən yaxşı parametrdir. Ancaq ən vacib parametr, çəkim düyməsinin nə qədər açıq qalacağını təyin edən sürətdir. Dizaynınızın eskizini çəkmək üçün sizə nə qədər vaxt lazım olduğunu qeyd edin, sonra Sürət dəyərini o saniyə sayına mümkün qədər yaxın təyin edin.

Üç K

Düzgün parametrləri daxil etdikdən sonra çəkiliş etməyin vaxtı gəldi. Əgər köməkçiniz yoxdursa, şəkil çəkilən zaman kamera qarşısında olacaqsınız, ona görə də ya Kamera Taymeri-i təyin edin və ya çəkilişinizi uzaqdan işə salmaq üçün Galaxy S22 Ultra-nın S Pen-indən istifadə edin. Sonra işıq mənbəyinizi kameraya yönəldərək dizaynınızı reallaşdırın.

Hər şeyin düzgün olması üçün bir neçə cəhd tələb oluna bilər. Lakin siz öhdəsindən gəldikdən sonra təsiredici nəticələr əldə etmək üçün işıq ilə rəsmlər çox az redaktə tələb edir. Pirson deyir ki, sınaqdan keçirin və üç K-nı xatırlayın - konsepsiya, kompozisiya və kamera parametrləri. Nəticədə siz sənət əsərinə çevriləcək işıq ilə rəsm əldə edəcəksiniz.

Fotonlarla çəkməyə başlayın

Ehtiyacınız olan tək şey düzgün kamera və parlaq işıqdır.

Darren Pirson Darren Pirson

ÖZƏLLİKLƏR

Darren Pirson

İşıq cığırları vasitəsilə rəsmlər

Samsung Galaxy ikonu Samsung Galaxy ikonu

PAYLAŞ VƏ KƏŞF ET

Növbə sənindir

Yaradıcı cəmiyyətimizdən ilham almaq üçün Instagram-da @SamsungwithGalaxy akkauntunu izləyin, sonra şəkillərinizi #withGalaxy həştəqi ilə paylaşın.

Növbəti hekayələri oxu