Galaxy S20 Ultra ilə çəkilib
Ulduzlu səmanın şəkilləri adətən bulanıq olur: Süd Yolunun əzəmətini çəkmək heç də asan iş deyil. Lakin düzgün seçilmiş cihaz və məsləhətlərimizlə ulduzların hər şəkli nəzərəçarpan olacaq.
Kadrı planlaşdırın
Çəkmək istədiyiniz şəkil barədə düşünün Süd Yolu harada yerləşir - üfüqdən yuxarıda, kadrı doldurur yoxsa diaqonal üzrə kəsir? Şəkildə başqa nə görünür? Süd Yolunun gözəl şəkli - eksperimentlərin və uğurlu həll axtarışının nəticəsidir.
Şəhərdən kənarda yer tapın
Gecə səmasının çəkilməsi sənətinə yalnız fənərlərdən və şəhərləri əhatə edən işıqlardan uzaqda yiyələnmək olar. Sivilizasiyadan nə qədər uzaqda olsa, bir o qədər yaxşıdır.
Ön plan barədə qərar verin: Yer Kürəsi səthindən çəkdiyiniz üçün kadrda Süd Yolundan başqa da nələrsə olacaq. Bu, memarlıq abidələri, göz oxşayan dağlar və ya əzəmətli ağaclar ola bilər. Ulduzlu səma ilə kadra maraq qatacaq əşyalar axtarın.
Düzgün vaxt seçin
Çəkiliş yeri qədər, vaxt da önəmlidir. Qalaktikamız gecə səmasında hər zaman görünsə də, Süd Yolu (Qalaktika Mərkəzi) fevral-noyabr aylarında daha yaxşı görünür. Süd Yolunun yerini dəyişdiyini nəzərə alın.
Süd Yolunu necə, nə zaman və harada çəkəcəyinizdən əmin deyilsinizsə, proqramlar köməyinizə çatacaq. Məsələn, PhotoPills-də Night AR funksiyası var: o Qalaktika Mərkəzinin səmada konkret vaxtda necə görünəcəyini göstərir. Möhtəşəm kadrı tutmaq üçün Galaxy S20 modelində hətta adi Kompas və Galaxy Watch Active2də lazım olacaq.
Ay işığı bürclərin parlaqlığını azalda bilər: o nə qədər az olsa, bir o qədər yaxşıdır. Aysız kadr çəkmək istəyirsinizsə, onu təzə ay çıxanda çəkin.
Meqapiksellər barədə düşünün
Avadanlıq düzgün seçilməyibsə, planlaşdırma bir işə yaramayacaq. Maksimal icazə ilə şəkilləri çəkməyə imkan verən smartfon alın. Galaxy S20 Ultra — cibinizdə inanılmaz sayda meqapikseldir.
İş başına
Dərc olunmağa hazırlıq
Nəhayət, ən maraqlı məqam - redaktə və sosial şəbəkələrdə yerləşdirmə. Çəkiliş zamanı şəkilləri peşəkar RAW formatında saxlayın. Təbii ki, JPG və ya PNG formatında da şəkil çəkə bilərsiniz, lakin belə kadrların emal imkanları daha azdır.
Şəkli yerləşdirin və bütün dünyanın fikrini öyrənin! Samsung hesablarını işarələyin - çəkdiyiniz şəkilləri görməyə şad olarıq.
* Şəkil Galaxy S20 Ultra ilə çəkilib; Ağ balansı, kontrastlıq və parlaqlıq daxil olmaqla, bəzi təfərrüatlar redaktə olunub.