Samsung Find


Cihazlarınızı və Samsung Find xidmətindən istifadə edən yaxınlarınızın cihazlarını asanlıqla tapın.


Samsung Find Sizə və ailə üzvlərinizə məxsus, hara qoyduğunuzu unutduğunuz Galaxy smartfonlarını, planşetlərini, saatları, qulaqlıqları,
S Pens və digər cihazları asanlıqla tapmağa imkan verir. Bu xidmət qiymətli əşyalara əlavə edilmiş tag-ların izlənilməsini də asanlaşdırır
və olduğunuz məkan haqqında məlumatları paylaşmağa imkan verir.

Galaxy Book, Galaxy Tab və Galaxy smartfonu Samsung Find ekranında göstərilir.  İtirilmiş cihazın son izlənilən yerləşmə yeri, Galaxy S23 göstərilir. SmartTag, Galaxy Buds və Galaxy Watch onların Samsung Find üçün də istifadə edilə biləcəyinə işarə etmək üçün göstərilir.  Galaxy Watch-da aşağıdakı mətn göstərilir: "Telefonumu tap", orta hissədə  zəng işarəsi, aşağı hissədə isə “Start” düyməsi göstərilir. Galaxy Book, Galaxy Tab və Galaxy smartfonu Samsung Find ekranında göstərilir.  İtirilmiş cihazın son izlənilən yerləşmə yeri, Galaxy S23 göstərilir. SmartTag, Galaxy Buds və Galaxy Watch onların Samsung Find üçün də istifadə edilə biləcəyinə işarə etmək üçün göstərilir.  Galaxy Watch-da aşağıdakı mətn göstərilir: "Telefonumu tap", orta hissədə  zəng işarəsi, aşağı hissədə isə “Start” düyməsi göstərilir.

Cihazımı itirmişəmsə nə etməliyəm?

Samsung Find vasitəsilə cihazınızı tapın və kilidləyin və ya məlumatlarınızı silin.

Olduğunuz məkanı paylaşmaqla bağlantını təmin edin


Müəyyən müddət ərzində yerləşmə yerinizi dostlarınız və ailənizlə paylaşın,
müddət kimi bir saat və ya bütün gün seçilə bilər. Siz həmçinin onların yerləşmə yeri haqqında məlumatları sorğu edə bilərsiniz,
bunun üçün qarşılıqlı paylaşma təcrübəsindən istifadə edə bilərsiniz.

Oflayn olduqda belə cihazları tapın


Oflayn axtarış funksiyasını aktivləşdirməklə Samsung Galaxy cihazlarının gələcəkdə də tapılmasını təmin edərək narahatçılıqdan qurtulun. Şəbəkəyə qoşulma olmadıqda belə, oflayn axtarış funksiyası aktiv olduğu müddət ərzində
ətrafdakı Samsung Galaxy cihazları serverə siqnal ötürə bilər və itirilmiş cihazın yerləşmə yeri asanlıqla aşkar edilə bilər.3

Tag-lar və izləyicilər vasitəsilə qiymətli əşyalarınızı izləyin


Sizin əşyalarınızla əlaqəli Smart Tag-lar və digər uyğun izləyiciləri aşkarlamaq üçün Samsung Find proqramından istifadə edin. Yaxınlıqdakı cihazlar Bluetooth vasitəsilə SmartTag-ları aşkar etməyə, onların təxmini yerəlşmə yerini və bir həftə müddətini əhatə edən hərəkət tarixçəsini açıqlamağa və bununla da əşyalarınızın tapılması prosesini asanlaşdıra bilər.4

Necə istifadə etmək olar?

Samsung Find-dan maksimum yararlanmağın yollarını araşdırın.

Aşağıdakı iki üsuldan birindən istifadə etməklə smartfon və ya planşetinizdə Find My Mobile funksiyasını aktivləşdirin.

Üsul ①

Addım 01 01

Tənzimləmələrə keçid.

Addım 02

Menyunun yuxarı hissəsində Samsung Hesabı

bölməsinə keçid edin.

Addım 03

"Cihazlar" bölməsinə keçid edin.

Addım 04

"İtirilmiş cihazın qorunması" funksiyasını seçin.

Addım 05

"Telefonun tapılmasını mümkün et" funksiyasını aktivləşdirin.

Aşağıdakı iki üsuldan birindən istifadə etməklə smartfon və ya planşetinizdə Find My Mobile funksiyasını aktivləşdirin.

Üsul ②

Addım 01

Tənzimləmələrə keçid.

Addım 02

"Təhlükəsizlik və məxfilik" bölməsinə keçid edin.

Addım 03

"İtirilmiş cihazın qorunması" funksiyasını seçin.

Addım 04

"Telefonun tapılmasını mümkün et" funksiyasını aktivləşdirin.

Samsung Hesabınızda aktivləşdirildikdən dərhal sonra oflayn axtarış funksiyası istifadəyə hazır vəziyyətə gətirilir.5

 

Smartfonlar

Galaxy S24 | S24+ | S24 Ultra
 

Tətbiqlər və Xidmətlər


  • İllüstrativ məqsədlər üçün simulyasiya edilmiş cihaz və ekran şəkilləri.
  • Dəstək xidmətləri ölkə/region/daşıyıcıya görə fərqlənə bilər.
  • Dəstəklənən cihazlar: Galaxy cihazları (Galaxy mobil telefonları, planşetlər, Tizen ƏS 5.5 və ya daha yüksək versiyalar və ya Wear ƏS ilə təchiz edilmiş Galaxy Watch, Galaxy Buds+ və ya daha yüksək versiyalar, Galaxy SmartTag/SmartTag+, müəyyən Galaxy Book modelləri, S Pen Pro) və uyğun SmartTags-lar SmartThings-də yerləşdirilə bilər.
  • Samsung Find funksionallığı, dəstəklənən mühitlər və spesifikasiyalar məhsula görə dəyişə bilər.
  • Samsung Find proqram təminatı Galaxy Store-dan yüklənə bilər.
  • Oflayn axtarış hazırda ən azı Android 8 ƏS ilə təchiz edilmiş Galaxy smartfon və planşetlərində, Galaxy Watch3, Galaxy Watch4, Galaxy Watch5 və Galaxy Buds Live, Galaxy Buds Pro, Galaxy Buds2 və Galaxy Buds2 Pro və bütün növ Galaxy SmartTag seriyasında dəstəklənir. Gələcəkdə əlavə cihazlar əlavə olunacaq.
  • Galaxy Watch və (simsiz qulaqlıqlar) (Buds) üçün oflayn axtarış funksiyası Galaxy Wearable tətbiqində aktiv edilə bilər. Qoşulmuş telefon və ya planşetin oflayn axtarış parametrləri Galaxy Watch və Buds-a da tətbiq olunacaq.
  • Bundan əlavə SmartThings tətbiqində SmartThings Find funksiyasından istifadə etməklə itirilmiş cihazların yerləşmə yerini müəyyən edə bilərsiniz. SmartThings Find funksiyasından istifadə etmək üçün ""Telefonumu tap"" (Find My Mobile) üzrə parametrlərlə "Telefonun tapılmasını mümkün et" funksiyası aktiv olmalıdır.
  • Cihazı "Find Node" kimi qeydiyyatdan keçirmək üçün siz məkan məlumatınızın istifadəsinə razılıq verməli və Məxfilik Bildirişinin şərtləri ilə razılaşmalısınız.
  • Find Node cihazları itirilmiş cihazın dəqiq yerləşmə yerini göstərmir.
  • Saat və qulaqlıq kimi taxıla bilən cihazları tapmaq üçün onlar Galaxy Wearable tətbiqində qeydiyyata alınmalıdır.
  • Samsung Find-da qeydiyyatdan keçmiş cihazlar Çindən başqa bütün ölkələrdə yerləşə bilər (Honq Konq və Tayvan dəstəklənir).
  • "Find My Mobile" funksiyasının əlçatanlığı cihaz modelindən və ya əməliyyat sistemindən asılı olaraq dəyişə bilər.
  1. "Son yerləşmə yerini göndər" opsiyasını necə aktivləşdirmək olar: Parametrlər > Samsung Hesabı > Cihazlar > İtirilmiş cihazın qorunması > bölmələrinə göstərilən ardıcıllıqla keçid edərək "Son yerləşmə yerini göndər" funksiyasını aktivləşdirin.
  2. Bu funksiya Samsung Find veb saytında dəstəklənir.
  3. Samsung Galaxy smartfonu və ya planşetinizdə oflayn axtarışı aktivləşdirdiyiniz zaman, bu funksiya avtomatik olaraq qoşulmuş Galaxy saat və qulaqlıqlarında da tətbiq edilə bilər.
  4. SmartTag və ya digər uyğun izləyicinizdə yerləşmə yerinin müəyyənləşdirilməsi funksiyasından istifadə etmək üçün onların SmartThings-də qeydiyyata alınmasından əmin olun. Siz həmçinin Samsung Find proqramından istifadə etməklə onları SmartThings-də rahatlıqla qeydiyyata ala bilərsiniz.
  5. Oflayn axtarış yalnız Parametrlər > Samsung Hesabı > Cihazlar > İtirilmiş cihazın qorunması > Telefonun tapılmasını mümkün et ardıcıllığı ilə "Telefonun tapılmasını mümkün et" funksiyası seçildikdə aktivləşdirilə bilər.